Bayden yenə Netanyahu ilə danışdı
    • 21-10-2023, 01:44
    • 210

Bayden yenə Netanyahu ilə danışdı

ABŞ Prezidenti Co Bayden və İsrailin Baş naziri Benyamin Netanyahu arasında növbəti telefon danışığı baş tutub.

News24.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin məlumatında deyilir.

Liderlər Misirdən Qəzza zolağına humanitar yardımın çatdırılması planlarını, həmçinin HƏMAS-ın saxladığı girovların azad edilməsi üzrə işləri müzakirə ediblər.