-
- 31-10-2023, 11:20
- 305
İnflyasiya xəbərdarlığı: BAHALAŞMA OLACAQ!
İsrail və Fələstin arasında müharibə şiddətlənərsə və uzanarsa, qlobal iqtisadi artım tempi aşağı düşə bilər.
News24.az xəbər verir ki, bunu Ümumdünya Ticarət Təşkilatının (ÜTT) rəhbəri Nqozi Okonjo-İveala bildirib.
O bildirib ki, belə bir təhlükə ortamüddətli perspektivdə qlobal ÜDM üçün əsas riskə çevriləcək:
"Hadisələrin bu inkişafı ilə Yaxın Şərqin qlobal enerji bazarında mühüm rol oynaması vəziyyətin daha da ağırlaşacaq. Yerli infrastrukturun zədələnməsi və nəticədə mədən ehtiyatlarının tədarükündə fasilələr onların bahalaşmasına və dünyada inflyasiya təzyiqinin artmasına səbəb ola bilər".
Qumral