Əhaliyə "TikTok"la bağlı VACİB XƏBƏR
    • 31-10-2023, 13:19
    • 183

Əhaliyə "TikTok"la bağlı VACİB XƏBƏR

Azərbaycanda TikTok sosial şəbəkəsinin fəaliyyəti bərpa olunub. 

News24.az xəbər verir ki, sözügedən platformaya sərbəst giriş mümkündür.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti hərbi əməliyyatlarla bağlı ordumuzun uğurlarına kölgə salan, hərbi sirləri özündə əks etdirən, cəmiyyətdə yanlış fikir formalaşdırmaq məqsədi güdən məlumatların yayıldığını əsas gətirərək Tiktok sosial şəbəkə resursuna girişi məhdudlaşdırmışdı.