-
- 31-10-2023, 16:50
- 364
Növbəti pandemiya GÖZLƏNİLİR: KRİTİK AÇIQLAMA
Su qıtlığı və ya quraqlıq dünyada getdikcə daha çox təhlükəyə çevrilir. Bəzilərinə görə, su gələcəkdə ən mühüm münaqişə mənbəyi olacaq, bəziləri üçün isə su təhlükəsizlik məsələsinə çevriləcək. Araşdırmalar göstərir ki, lazımi planlaşdırma aparılmasa, dünyada su problemi pandemiyaya bənzər böhrana səbəb ola bilər.
News24.az xəbər verir ki, bu barədə "Ntv haber" məlumat yayıb.
Dünyanın bir çox yerlərində su və qida qıtlığı baxımından vəziyyət illər keçdikcə daha kritikləşib və akademik araşdırmaların və yeni planların mövzusuna çevrilib. 21-ci əsr bir çox səbəblərdən su ehtiyatlarının azaldığı, suyun istifadəsinin kommersiyalaşdırıldığı, suyun tükənməsinin dünya probleminə çevrildiyi bir dövr olmaqda davam edir.
Qlobal istiləşmənin nəticələri indi heç kimdən uzaq deyil. Bəşəriyyətin təbiətə qarşı kobud rəftarı və sərvətlərə heç vaxt bitməyəcəkmiş kimi yanaşması yeni fəlakətlərə qapı açacaq. Bunlardan biri dünyada getdikcə tükənən su ehtiyatlarıdır. Quraqlıq həm də yeni qlobal təhlükələrin müjdəçisidir. Əgər pandemiya bəşəriyyətə dərs olmayıbsa, görünür, onun növbəti yeri susuzluq və quraqlıqdır.
Yaxın 30 ildə dünyada su probleminin ciddi həddə çatacağı təxmin edilir. Qloballaşma, sənayeləşmə, həddindən artıq istehlak və əhalinin artımı bütün dünyada su ehtiyatlarından səmərəli istifadənin əhəmiyyətini artırır. 2030-cu ilə qədər 700 milyon insanın su qıtlığı səbəbindən yaşadıqları bölgələrdən miqrasiya edəcəyi proqnozlaşdırılır.
Ülkər Abdurahmanlı