Bərbər müştərinin sağ qulağını...
    • 31-10-2023, 17:25
    • 211

Bərbər müştərinin sağ qulağını...

Sankt-Peterburqun Krasnoqvardeyski rayonunda bərbər salonuna gələn qonaq qulağı kəsilərək xəstəxanaya yerləşdirilib.

News24.az xəbər verir ki, bu barədə 78.ru məlumat yayıb.

Hadisə Kovalevskaya küçəsində yerləşən bərbərxanada baş verib. Belə ki, 28 yaşlı kişi saçını kəsdirmək qərarına gəlib, prosedur zamanı bərbər səhvən onun sağ qulağının bir hissəsini kəsib.

Zərərçəkmiş üçün təcili yardım çağırılıb, kişi xəstəxanaya yerləşdirilib və ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb. 

Aynurə