İranda 330 nəfər xəstəxanalıq oldu
    • 25-06-2023, 15:52
    • 165

İranda 330 nəfər xəstəxanalıq oldu

İranın Sistan-Bəlucistan əyalətində qum fırtınası səbəbindən son üç gündə 330 nəfər xəstəxanaya yerləşdirilib.

News24.az xəbər verir ki, bu barədə bölgənin Böhran İdarəetmə İdarəsinin baş meneceri Mecid Mohibbi məlumat verib. 

Xəstəxanalara aparılan 273 nəfərin evə buraxıldığını qeyd edən Mohibbi, 57 nəfərin müalicəsinin davam etdiyini bildirib.

Sistan-Bəlucistan Meteoroloji Proqnoz və Xəbərdarlıq Mərkəzinin rəhbəri Əli Mollaşahi verdiyi açıqlamada vilayətin şimal bölgələrində toz fırtınasının bazar ertəsi gününə qədər davam edəcəyini və küləyin sürətinin saatda 100 kilometrə çatacağını təxmin etdiklərini deyib. 

Mollaşahi xəbərdarlıq edib ki, ürək və tənəffüs sistemi xəstəlikləri olan insanlar havada tozun çox olması səbəbindən çölə çıxmasınlar. /AA/