-
- 1-11-2023, 14:00
- 291
Gürcüstan parlamentində DAVA DÜŞDÜ - Deputatlar zaldan ÇIXARILDI
Parlamentin plenar iclasında hakimiyyət və müxalifət deputatları arasında sözlü qarşıdurma yaşanıb.
News24.az xəbər verir ki, müxalif deputatlar hakim partiyanın üzvü İrakli Beraianın tutduğu komitə sədri vəzifəsindən istefa verməsini tələb edirlər.
Onların sözlərinə görə, İ.Beraia müxalif həmkarlarına qarşı etdiyi hörmətsizliyə görə cəzalandırılmalıdır.
Parlamentin sədri Şalva Papuaşvili isə müxalif deputatlara səslənib və Beraianın üzrünü qəbul edərək məsələyə son qoymağa çağırıb. Müxalif deputatlar isə buna məhəl qoymayıblar. Gərginlik fonunda mandatorlar müxalifət təmsilçisi Aleko Elisaşvilini zaldan çıxarıb.
Məlumat üçün bildirək ki, dünən, komitə iclası zamanı hakim partiyanın üzvü İrakli Beraia deputat Teona Akubardiaya qarşı təhqiramiz ifadələr işlədib.
Aynurə