Sabah yağış yağmayacaq
    • 30-03-2019, 13:14
    • 1 080

Sabah yağış yağmayacaq

Mart ayının son gününə olan hava proqnozu açıqlanıb.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın Dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.  Mülayim şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu  gecə 3-5° isti, gündüz 8-11° isti, Bakıda gecə 3-5° isti, gündüz  8-10°  isti təşkil edəcək. Atmosfer  təzyiqi 770 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-55% olacaq. 

Aprelin 1-i axşamdan 2-si səhərədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. 

Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. 31-də gündüz yağıntıda fasilə olacaq. Bəzi yerlərdə duman. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-6° isti, gündüz 7-11° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta təşkil edəcək.