Təhsil haqlarına yeni güzəşt
    • 2-11-2023, 15:51
    • 124

Təhsil haqlarına yeni güzəşt

Təhsil haqlarını ödəmək üçün maddi yardımın gəlir vergisindən azad olunan hissəsi 1000 manatdan 2500 manata qaldırılacaq.

News24.az APA-ya istinadla xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi”ndə əksini tapıb.

Layihəyə əsasən, hədiyyələrin və təhsil haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin gəlir vergisindən azad olunan hissəsinin 1000 manatdan 2500 manata qaldırılması nəzərdə tutulur.