iOS 17.5-də xəta
    • 17-05-2024, 22:30
    • 212

iOS 17.5-də xəta

Apple 3 gün əvvəl iOS 17.5-i əməliyyat sistemi yeniləməsi ilə istifadəçilərinə təqdim edib.

News24.az xəbər verir ki, lakin yeniləmənin yaratdığı xəta hər kəsi təəccübləndirib.

Yeniləmə ilə birlikdə silinən köhnə şəkillərinin yenidən fotolar bölməsinə qayıtdığını görən istifadəçilər Apple-ın onların məxfiliyini pozduğunu bildiriblər.

Reddit-də bir istifadəçi iPhone-u yenilədikdən sonra 2021-ci ildə sildiyi köhnə şəkillərinin qəfildən iCloud-da bərpa olunduğunu bildirib.

Sonra başqa bir istifadəçi dəfələrlə sildiyini dediyi 2010-cu ildəki şəkillərinin iCloud-da ehtiyat nüsxəsini saxladığını bildirib.

“iPhone”un çoxdan silinmiş şəkilləri yeni çəkilmiş kimi göstərdiyini iddia edən istifadəçilər də var.

SƏBƏB BİLMİR

Problemin dəqiq səbəbi hələ aydın deyil, lakin iOS 17.5-in dördüncü beta versiyasında bu vəziyyətin bəzi istifadəçilərin də başına gəldiyi bildirilib.


Günel Məlikzadə