Azərbaycan Kubokunun püşkü ATILDI
    • 2-11-2023, 16:09
    • 142

Azərbaycan Kubokunun püşkü ATILDI

Azərbaycan Kubokunda 2023/2024 mövsümünün püşkü atılıb.

News24.az xəbər verir ki, püşkatma mərasimində 32-ci dəfə təşkil olunacaq turnirə qatılacaq 34 komandanın nümayəndələri iştirak ediblər.

İlk olaraq, II Liqada yer alan 14 komanda I təsnifat mərhələsində bir-biriləri ilə qarşılaşacaq. Qaliblər II raunda adlayacaqlar. Həmin mərhələdə I liqa təmsilçiləri və ötən mövsüm Premyer Liqanın aşağı pillələrində qərarlaşan komandalar mübarizəyə başlayacaqlar. Bunun ardından 1/8 final mərhələsi təşkil olunacaq. Premyer Liqanın digər klubları isə həmin raunddan yarışa qoşulacaqlar.

Mövsümə noyabrın 18-19-da keçiriləcək I təsnifat mərhələsinin oyunları ilə start veriləcək. II raund 28-30 noyabr tarixlərində baş tutacaq. 1/8 final matçları isə dekabrın 19-21-i aralığında olacaq.