İsrail Qəzza zolağına DAXİL OLDU
    • 3-11-2023, 10:56
    • 123

İsrail Qəzza zolağına DAXİL OLDU

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının mühasirəsini tamamlayıb və anklav ərazisinə daxil olub.

News24.az xəbər verir ki, bunu İsrail ordusunun sözçüsü Daniel Haqari bildirib. 

Onun sözlərinə görə, Qəzzanı mühasirəyə alma əməliyyatı başa çatdıqdan sonra aviasiya və donanma İsrailin quru qüvvələrinə HƏMAS-ın hərbi infrastrukturuna zərbələr endirməkdə kömək edir .

Xatırladaq ki, ABŞ və İsrail Qəzzanın gələcəyi ilə bağlı plan hazırlamaq çərçivəsində HƏMAS-ın devrilməsindən sonra zolağa sülhməramlılar göndərməyi düşünürdülər. Qüvvəyə Amerika, Britaniya və Fransa qoşunları daxil ola bilər.

Qumral