"Ermənistan öhdəliklərini yerinə yetirməlidir” - ƏRDOĞAN
    • 3-11-2023, 11:53
    • 136

"Ermənistan öhdəliklərini yerinə yetirməlidir” - ƏRDOĞAN

Ermənistan Azərbaycan qarşısında öhdəliklərini yerinə yetirməlidir.


News24.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Astanada keçirilən 10-cu Yubiley Zirvə Toplantısında bildirib.


“Son Qarabağ müharibəsi nəticəsində Azərbaycan 30 illik işğala son qoyub. Beləliklə, biz sülhə bir addım yaxınlaşmışıq. Ermənistan Azərbaycan qarşısında öhdəliklərini yerinə yetirməlidir. Kommunikasiyaların açılması bütün regionun xeyrinə olacaq. Türk dünyası Azərbaycanı dəstəkləməyə davam edəcək”, - Ərdoğan vurğulayıb.

O, həmçinin qeyd edib ki, Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirən nəqliyyat xəttinin həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir: “Bu xəttin açılması regiondakı bütün ölkələrin rifahına töhfə verəcək. Bu, həm də Türkiyəni Mərkəzi Asiya ilə birləşdirəcək”.

Ayşən