AZAL Bakıdan İslamabada uçuşlara başladı
    • 3-11-2023, 15:39
    • 100

AZAL Bakıdan İslamabada uçuşlara başladı

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan Pakistanın paytaxtı İslamabada və əks istiqamətdə uçuşlara başlayıb.

News24.az  xəbər verir ki, ilk aviareys noyabrın 1-də baş tutub.

Bakıdan İslamabada uçuşlar hər həftənin çərşənbə və şənbə günləri, saat 21:30-da həyata keçiriləcək.

Xatırladaq ki, hazırda AZAL Pakistanın Lahor şəhərinə də aviareyslər yerinə yetirir.