"Rəisini aparan helikopterin QƏZA ANI" kimi yayılan VİDEO saxta çıxdı
    • 21-05-2024, 13:36
    • 7 387

"Rəisini aparan helikopterin QƏZA ANI" kimi yayılan VİDEO saxta çıxdı


İran prezidenti Rəisi və digər dövlət rəsmilərinin öldüyü helikopterin qəzasının görüntüləri adı ilə yayılan video əslində saxtadır.

News24.az publika.az-a istinadla xəbər verir ki, sosial mediada, Moize Telegram kanalında yayılan bu video əslində 2022-ci ilin iyul ayına aiddir.

Bu görüntülər Gürcüstanın Qudauri şəhərində sərhəd polisinin xilasedici helikopterinin qəzaya uğradığını anlara aiddir, Rəsinin helikopter qəzası ilə heç bir əlaqəsi yoxdur.

***

İran prezidenti Rəisi və digər dövlət rəsmilərinin öldüyü helikopterin qəzasının görüntüləri yayılıb. 

News24.az musavcat.com-a istinadla xəbər verir ki, iddia olunur ki, hadisə anının videosunu ABŞ peyk görüntüləri əsasında yayıb.

Həmin kadrları təqdim edirik: