Britaniya və Avstriyadan Rusiyaya yeni məhdudiyyətlər
    • 21-05-2024, 12:55
    • 201

Britaniya və Avstriyadan Rusiyaya yeni məhdudiyyətlər

Böyük Britaniya və Avstriya Ukraynadakı vəziyyətə görə Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi yollarını müzakirə edirlər. 

News24.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Rişi Sunak Vyanada avstriyalı həmkarı Karl Nehammerlə birgə mətbuat konfransında bildirib.

"Rusiya hərbi maşınının lazımi [maliyyə] dəstəyi almamasını təmin etmək üçün iqtisadi cəbhədə birlikdə daha nə edə biləcəyimizi müzakirə etdik" deyib.

Sunak konkret hansı tədbirlərdən danışdığını açıqlamayıb.

Lakin bir qədər əvvəl Britaniya mediası qeyd edib ki, London Avstriyanın Raiffeisen Bank International AG bank qrupunun Rusiya Federasiyasında fəaliyyətini davam etdirməsindən məmnun deyil.

Bundan əlavə, Böyük Britaniya hökumətinin başçısı bildirib ki, tərəflər qeyri-qanuni miqrasiyaya qarşı mübarizədə əməkdaşlığı gücləndirməkdə maraqlıdırlar. 


Günel Məlikzadə