PKK ilə bağlı İsveç kifayət qədər addım atmır - Ərdoğan
    • 4-11-2023, 16:17
    • 190

PKK ilə bağlı İsveç kifayət qədər addım atmır - Ərdoğan

“Təəssüf ki, PKK terrorçularının İsveçdəki fəaliyyəti ilə bağlı indiyədək heç bir tədbir görülməyib. Amma biz mümkün qədər işi (İsveçin NATO-ya üzvlüyünün ratifikasiyası üzrə) asanlaşdırmağa çalışacağıq”. 

News24.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

“İsveçin NATO-ya üzvlük məsələsinin ratifikasiyası indi Türkiyə parlamentinin işidir. Bu məsələni İsveçin Baş naziri Ulf Kristerssonla da müzakirə etmişik”, - Ərdoğan qeyd edib.