-
- 1-04-2019, 12:00
- 660
Dövlət Sərhəd Xidmətində 31 mart Soyqırımı ilə bağlı tədbirlər keçirilib
Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində “31 mart - Azərbaycanlıların Soyqırım Günü” ilə əlaqədar silsilə anım tədbirləri keçirilib. DSX-dən News24.az-a verilən məlumata görə, Dövlət Sərhəd Xidmətinin Aparatında, Sahil Mühafizəsində, Azərbaycan İstiqlal Muzeyində və Respublika Hərbi Prokurorluğunun Memorial Soyqırımı muzeyində keçirilən tədbirlərdə Azərbaycanlılara qarşı soyqırımı siyasətinin erməni şovinist millətçiləri tərəfindən yüzillər boyu planlı surətdə həyata keçirilməsi vurğulanıb.
Tədbirlərdə çıxış edən AR Milli Məclisinin deputatı Fəzail İbrahimli və Neft-Kimya Prossesləri İnstitutunun direktoru, professor Vaqif Abbasov bu siyasətin mahiyyətinin azərbaycanlıları öz doğma torpaqlarından sıxışdırıb çıxarmaq və fiziki cəhətdən məhv etmək yolu ilə mifik “böyük Ermənistan dövləti” yaratmaq olmasını qeyd ediblər. Müxtəlif dövrlərdə böyük dövlətlərin müəyyən dairələrinin təhriki ilə yeridilən bu siyasətin əsas məqsədinin tarixi faktları və arxiv sənədlərini saxtalaşdırılmaqla, dezinformasiya xarakterli məlumatlar yaymaq və psixoloji-informasiya metodlarından istifadə edərək dünya ictimai fikrinə təsir etməkdən ibarət olması, məqsədlərinə nail olmaq üçün erməni millətçiləri ayrı-ayrı ölkələrin ərazilərində erməni diasporunun və lobbisinin imkanlarından geniş istifadə edərək ideoloji, separatçı və terrorçu təşkilatlar yaratmaları bildirilib.
Tədbirlərdə 1918-ci ilin mart ayının son iki günündə erməni-bolşevik birləşmələri gəmilərdən və təyyarələrdən Bakının müsəlmanlar yaşayan hissələrini bombardman etmələri, silahlı daşnakların evlərə soxularaq 17 minə qədər dinc azərbaycanlını, o cümlədən qadınları, körpələri və qocaları misli görünməmiş vəhşiliklə qətlə yetirmələri, Bakı qırğını ilə kifayətlənməyən ermənilər Naxçıvanda, Şamaxıda, Lənkəranda, Qubada, Xaçmazda, Ağsuda dəhşətli qətllər törətmələri, yüzlərlə kəndin darmadağın edilməsi qeyd olunub.
Ermənilər tərəfindən törədilmiş çoxsaylı soyqırım hadisələrinin mərhələlərlə şərh olunduğu tədbirlərdə vurğulanmışdır ki, bu vəhşiliklərin beynəlxalq müstəvidə tanıdılması və erməni faşizminin ifşası ilə bağlı ilk əməli təşəbbüs Ulu Öndər Heydər Əliyev tərəfindən edilib. Ümummili lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli fərmanı ilə “31 mart - Azərbaycanlıların Soyqırımı Günü” elan edilməsi Azərbaycan xalqının əsrlər boyu üzləşdiyi mərhumiyyətlərə verilən əsl tarixi qiymət olunub.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Azərbaycan həqiqətlərinin, o cümlədən erməni şovinistləri tərəfindən xalqımıza qarşı həyata keçirilən soyqırım siyasətini dünya ictimaiyyətinə çatdırılmasını səfirliklərimiz və diaspor təşkilatlarımız qarşısında vacib məsələ kimi qoyub
.
Tədbirlərdə “31 mart - Azərbaycanlıların Soyqırım Günü"nə həsr olunmuş sənədli filmlər nümayiş etdirilib.