31 Mart Soyqırım gününə həsr olunan silsilə tədbirlər keçirilib
    • 29-03-2019, 16:46
    • 1 064

31 Mart Soyqırım gününə həsr olunan silsilə tədbirlər keçirilib

Bu gün Azərbaycan İstiqlal Muzeyinin təşkilatçılığı ilə 1918-ci il Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş silsilə tədbirlər keçirilib.

Mədəniyyət Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrində “Dəyişməyən xislət” adlı tədbir sərgi baş tutdu.

Sərgidə Azərbaycan İstiqlal Muzeyinin fondlarında saxlanılan soyqırım hadisələrini əks etdirən fotolar nümayiş etdirildi.

Tədbirdə “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” Ictimai Birliyi tərəfindən hazırlanmış “Bakı soyqırımı” nümayiş etdirildi.

Eyni gündə Azərbaycan İstiqlal Muzeyi və Cəbrayıl Tarix – Diyarşünaslıq muzeyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Xüsusi məktəbinin  229 və 52 saylı orta məktəblərin şagirdləri üçün açıq dərs təşkil olundu.

Açıq dərsdə muzeyin əməkdaşları soyqırımla bağlı mühazirə oxudular və məktəblilər üçün sənədli film nümayiş olundu. Sonda məktəblilər muzeylə tanış oldular.