-
- 6-11-2023, 16:57
- 219
Hakan Fidan Blinkenlə nəyi müzakirə etdi?
ABŞ dövlət katibi Entoni Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidanla Yaxın Şərqdəki vəziyyətlə bağlı danışıqları səmərəli adlandırıb.
News24.az xəbər verir ki, tərəflər İsrail-Fələstin münaqişəsini müzakirə ediblər.
“Bizim uzun və məhsuldar danışıqlarımız oldu. Qəzza böhranını və münaqişənin genişlənməsinin qarşısını almaq üçün nə etmək lazım olduğunu müzakirə etdik. Yaxın Şərqdə davamlı sülhə nail olmaq üçün nələrin edilə biləcəyini müzakirə etdik”, - deyə Blinken bildirib.
O əlavə edib ki, Vaşinqton Qəzzada humanitar atəşkəsin təmin edilməsi səylərini davam etdirir.
Xatırladaq ki, noyabrın 6-da Blinken və Fidan arasında danışıqlar Ankarada baş tutub və təxminən 2,5 saat davam edib.
Qumral