Onlar Yaxın Şərqi böyük müharibəyə sövq edir - Lavrov
    • 6-11-2023, 17:37
    • 113

Onlar Yaxın Şərqi böyük müharibəyə sövq edir - Lavrov

Qərb siyasətçiləri Yaxın Şərqdə böyük konflikt yaradırlar.

News24.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“İndi biz anqlo-saksonların sözün əsl mənasında Yaxın Şərqi böyük müharibəyə sövq etdiyini görürük”, - Rusiya XİN rəhbəri qeyd edib.

Lavrovun fikrincə, Ukraynada da belə bir şey görmək olar və belə siyasətin nəticəsi eynidir: dövlətçiliyin itirilməsi və ya zəifləməsi.

“Qərb öz problemlərini başqalarının hesabına həll etməyə, başqalarının resurslarından istifadə etməyə öyrəşib və qlobal proseslərin əksinə olaraq, dövlətlərin daxili işlərinə qarışaraq dünyanı idarə etməyə ümid edir”, - deyə Lavrov yekunlaşdırıb.

Akqabay