Oğuz sakinini ilan SANCDI
    • 7-11-2023, 00:12
    • 344

Oğuz sakinini ilan SANCDI

Oğuzda təsərrüfat işləri ilə məşğul olan 59 yaşlı kişini ilan sancıb.

News24.az "Unikal"a istinadla xəbər verir ki, hadisə rayonun Bucaq kəndində baş verib. Kənd sakini - 1964-cü il təvəllüdlü Rəfail Rəcəb oğlu Rəşidov yaşadığı evin həyətyanı sahəsində təsərrüfat işləri ilə məşğul olan zaman ərazidə olan ilan qəfildən onun sağ ayağının baldır nahiyəsindən sancıb.

R.Rəşidova Oğuz Rayon Mərkəzi Xəstəxanasında ilkin yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Şəki RMX-a aparılıb.  Şəki RMX-da R. Rəşidova lazımi tibbi yardım göstərilib, müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir.