Şəkidə azyaşlını ilan sancdı
    • 22-07-2021, 17:34
    • 559

Şəkidə azyaşlını ilan sancdı

Şəkidə 6 yaşlı uşağı ilan sancıb.

Hadisə ötən gün rayonun Qoxmuq kəndində baş verib.
Kənd sakini, 2015-ci il təvəllüdlü Cəbiyev Həsən Rüfət oğlu ilan sancması əlamətləri diaqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Ona Şəki RMX-da lazımi ilkin tibbi yardım göstərildikdən sonra həkimlər onun müalicəsinin davam etdirilməsi üçün Respublika Toksikologiya Mərkəzinə göndəriblər. /Qafqazinfo.az/