Qızların biabırçı videosunu yayan şəxsi gözləyən CƏZA
    • 1-04-2019, 14:38
    • 3 105

Qızların biabırçı videosunu yayan şəxsi gözləyən CƏZA

Bakıda villada 3 çılpaq qızı sərxoş vəziyyətdə mahnı oxutduraraq videosunu çəkən və yayan şəxslərin tutulması barədə məlumat vermişdik.
News24.az-ın məlumatına görə, Nəsimi rayon Polis İdarəsi videodakı 3 qızı da saxlayaraq idarəyə aparıb.

Mütəxəssislər bildirirlər ki, məlum videodakı qızların məsuliyyətə cəlb edilməsi qanunla nəzərdə tutulmur, onlar bu hadisənin qurbanıdır və təhlükəsizlik məqsədi ilə bir müddət polisdə saxlanıla və daha sonra ailəsinə və ya sığınacağa təhvil verilə bilər.

Videonu çəkən və yayan şəxsləri üçün isə cinayət məsuliyyəti nəzərdə tutulub. Belə ki, bu tip hadisələr Cinayət Məcəlləsinin 156-cı maddəsi ilə məsuliyyətə cəlb edilir. “Şəxsi həyatın toxunulmazlığını pozma” adlanan maddəyə əsasən videonu yayan şəxsləri min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər gözləyir. Məhkəmə bu insanlar barəsində bir ilədək müddətə islah işlər cəzasının verilməsinə də qərar verə bilər.

Taleh BAĞIROV