-
- 7-11-2023, 13:25
- 214
Zalujnının köməkçisinin ölümünün TƏFƏRRÜATLARI
Ukrayna Silahlı Qüvvələrinin baş komandanının köməkçisi Valeri Zalujnı Gennadi Çastyakovu öldürən “hədiyyəni” ona Silahlı Qüvvələrin baş komandanı müavininin Timçenko adlı böyük köməkçisi verdiyi məlum olub.
News24.az xəbər verir ki, bu barədə jurnalist və teleaparıcı Vladimir Solovyov “Ukrainska Pravda” nəşrinə istinadən öz Telegram kanalında məlumat verib.
Mərhumun həyat yoldaşı bildirib ki, ərinin əlində partlayan qumbara onun evə gətirdiyi hədiyyə çantasında olub.
Qadının dediyinə görə, bağlamada bir şüşə spirt və qumbara formasında hədiyyə şüşələri olub. Hərbçi onu açmağa başlayanda partlayış baş verib.
Qeyd edək ki, fövqəladə hadisə hərbçinin öz evində baş verib, 39 yaşlı Çastyakov yerindəcə ölüb, 13 yaşlı oğlu ağır yaralanıb, həyat yoldaşı və qızı xəsarət almayıb. Evdə isə daha beş qumbara tapılıb.
Aynurə