Zelenski Hitlerə bənzəyir - Conson
    • 7-11-2023, 14:35
    • 179

Zelenski Hitlerə bənzəyir - Conson

Ukrayna prezidenti Vladimir Zelenskinin obrazı “Bunker” filmindəki nasist Almaniyasının lideri Adolf Hitlerə bənzəyir. 

News24.az xəbər verir ki, bu fikri MKİ-nin keçmiş əməkdaşı Larri Conson YouTube kanalı Stiven Qardnerə müsahibəsində bildirib.

Ekspert hesab edir ki, Zelenskinin bugünkü obrazı filmdəki Fürer obrazına bənzəyir, çünki o, davamlı olaraq başqalarına qışqırır.

Conson qeyd edib ki, Zelenski son aylarda reallıqda baş verənləri görməyib və faydasız əks-hücumda israr etməkdə davam edir.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı bildirib ki, dünya Ukraynanın yavaş-yavaş mövcudluğunu dayandırdığının şahidi olur və onun prezidenti nəhayət ki, hər şeyi yaxşılığa doğru dəyişmək imkanını itirib. Bu arada, Qərb artıq İsraillə bir sıra ərəb ölkələri arasında gedən münaqişə səbəbindən Ukraynanı dəstəkləməkdə maraqlı deyil", - Conson yekunlaşdırıb.