-
- 8-11-2023, 00:11
- 344
Uşaqlarına qoyduğu qadağadan DANIŞDI
"Şou-biznes yalan olub. Adi insanlar daha qalmaqallıdır. Sosial verilişlərdə elə şeylər olur ki... Sosial problemlər çox izlənir. Şou-biznesin qalmaqalları camaata artıq maraqlı gəlmir".
News24.az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Elvin Abdullayev "10-da görüşək" proqramında deyib. Sənətçi son günlər verilişlərdə gündəmə gətirilən sosial problemləri tənqid edib.
"Mənim üçün sosial şəbəkə baxışı göstərici deyil. Baxıb nəsə götürəcəyim blogerlər var. Onlar da xaricilərdir" deyə, Elvin əlavə edib.
Sənətçi övladlarına qoyduğu qadağadan bəhs edib:
"Ən böyük qadağam TikTok-dur Çox böyük səy göstərirəm ki, ora girməsinlər. Ailədə tələbkaram. Evdə televizor açmırıq. Uşaqlar məktəbdə, həyat yoldaşım işdə. Hamımız işdə oluruq, başımız qarışır. Haqqımda da sosial şəbəkədə nəsə mənfi şərh yazılmır".
Elvin sənətə yeni gələn gənc ifaçılardan söz açıb:
"Hərdən gənclərə baxıram əsəbiləşirəm ki, niyə yekə-yekə danışırsan? Biz bir şey etməmişik, qaldın sən. Kimsə yaxşı iş edirsə, dəstəkləyirəm. Amma bir də görürsən ki, şou-biznes qalıb bir yanda, adi insanların davranışı adamı əsəbiləşdirir. İnsanlar şou əhlindən nə istəyir bilmirəm. Baxırsan, kiməsə elə mənəviyyatsız şərhlər yazırlar ki... Sənətçi o demək deyil ki, hər şeyi möhtəşəm olmalıdır. Bizim də işimiz, qayğılarımız var".