“İnsanlar ŞƏXSİYYƏT VƏSİQƏSİ ilə “TikTok”a girməlidir” – BİLAL ƏLİYEV
    • 13-10-2022, 11:52
    • 647

“İnsanlar ŞƏXSİYYƏT VƏSİQƏSİ ilə “TikTok”a girməlidir” – BİLAL ƏLİYEV

“Tək “TikTok” yox, çox sayda sosial şəbəkənin olması vacibdir. Bu, ona görə lazımdır ki, insanlar bütün dünya ilə əlaqə saxlaya bilsinlər. Amma sosial şəbəkələrdən istifadə üçün qanun-qayda qoymaq lazımdır. İnsanlar şəxsiyyətini təsdiqləyən sənədləri ilə sosial şəbəkələrdə qeydiyyatdan keçməlidirlər. Məsələn, şəxsiyyət vəsiqəsi ola bilər”.

Bunu News24.az-a açıqlamasında Xalq artisti Bilal Əliyev deyib.

Sənətçi bildirib ki, ziyalı, ağıllı, özünə hörmət qoyan insanlar sosial şəbəkələrə girmir: “Çünki ədəbsiz insanların haqsız təhqirlərindən qorxurlar. Ağıllı, ziyalı insanlar “TikTok” və digər sosial şəbəkələrə girmədiklərinə görə avara, tərbiyəsiz insanlar “oyun çıxarmağa” başlayırlar. Ziyalı insanlar sosial şəbəkələrdə olsa, savadı olmayanlar nəsə yazanda onlara düzgün cavab verə bilərlər. Bu cür cavablardan sonra həmin insanlar tərbiyələrini düzəltməklə bağlı düşünəcəklər”.