İlin ən seksual kişisi seçildi - FOTO / VİDEO
    • 9-11-2023, 22:15
    • 412

İlin ən seksual kişisi seçildi - FOTO / VİDEO

"People" jurnalı dünyanın ən seksual kişisinin adını açıqlayıb.

News24.az Lent.az-a istindala xəbər verir ki, jurnalın saytındakı xəbərə görə, 2023-cü ildə bu adı 57 yaşlı amerikalı aktyor və yarış sürücüsü Patrik Dempsi alıb.

Dempsi həm də "People" jurnalının yeni sayının modeli olub.

Özü də belə bir "mükafat"a artıq reaksiya verib. "Tanınmaq gözəldir" deyən aktyor bundan faydalı bir şey üçün istifadə etməli olduğunu əlavə edib.

Dempsi 2005-ci ildə "Grey's Anatomy" serialında Dr. Derek Shepard rolunu oynayaraq şöhrət qazanıb. O, həm də “Sehrlənmiş”, “Bridesmaid”, “Bridget Jones 3”, “Transformers 3: Dark of the Moon” filmlərindəki rolları ilə tanınır.