-
- 9-11-2023, 16:45
- 480
Zaxarovadan Azərbaycanla bağlı bəyanat -"Rusiyanın nəzarətində olmalıdır".
“Regional nəqliyyat kommunikasiyalarının açılması Bakı ilə Yerevan arasındakı normallaşmada vacib rol oyanayacaq”.
RTV-nin məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
O deyib ki, bu məqsədlə yaradılan hökumətlərarası üçtərəfli komissiya indiyədək 12 iclas keçirib. Ötən müddətdə normallaşma prosesində tərəflər üçün əlverişli varianta yaxınlaşmaq mümkün olsa da, yekun nəticə əldə edilməyib.
M. Zaxarova həmçinin Ermənistanın Milli Təhlükəsizlik Xidmətində regional kommunikasiyalara nəzarət üzrə idarənin yaradılmasına da münasibət bildirib.
Deyib ki, üçtərəfli bəyanata uyğun olaraq Azərbaycanla Naxçıvan arasındakı nəqliyyat şəbəkəsi Rusiya Federal Təhlükəsizlik Xidmətinin nəzarətində olmalıdır.
O eyni zamanda 3+3 formatını region ölkələrinin tərəfdaşlığı üçün münbit platforma adlandırıb.
Ayşən