Həbsxanada bu sözə görə dava etdilər
    • 10-11-2023, 11:24
    • 211

Həbsxanada bu sözə görə dava etdilər

Dəbdəbəli  həyatlarını hər fürsətdə sosial şəbəkədə paylaşan Polat cütlüyünün həbsxana həyatı hər kəsi maraqlandırmağa başlayıb.

News24.az xəbər verir ki, bu barədə “Ntv haber” məlumat yayıb.

“Çirkli pulların yuyulması”, “cinayət təşkilatı yaratmaq” və “vergidən yayınma” ittihamı ilə başladılan istintaq çərçivəsində həbs edilən sosial media fenomeni Dilan Polat və ailəsinin dəbdəbəli həyatlarından sonra həbsxanakı son vəziyyətləri də gündəmdən düşmək bilmir.

 Dilan Polatın bacısı Sıla Doğu həbsxanada dava edib.

D.Polat və bacısı Silivridə 9 saylı ciddi rejimli həbsxanada 30 nəfərlik kamerada saxlanılır.

Məlum olub ki, Dilan Polatın yeməyi bəyənmədiyi və çox siqaret çəkdiyi üçün, immun sistemi çöküb. Ağrılar səbəbindən üç dəfə həkim müayinəsindən keçən Polata orta qulaq iltihabı diaqnozu qoyulub.

Tək nəfərlik kameraya keçmək istəyi qəbul olunmayan Dilan Polatın bütün günü pijama ilə gəzdiyi və sualları cavabsız qoyduğu öyrənilib.

Sıla Doğunun psixiatriya xidmətinə müraciət etdiyi və yaşıl reseptlə ağır antidepressant tələb etdiyi də məlum olub.

Sıla Doğu həbsxanada digər məhbuslarla dalaşıb. Havalandırma zamanı bir məhbus Sıla Doğuya “Sosyetik oğrular da burdadır” deyə qışqırıb. Bundan qəzəblənən Sıla Doğu qadın məhbusun üzərinə hücum çəkib. Həbsxana əməkdaşları onları ayırmaqda çətinlik çəkib.