-
- 10-11-2023, 20:25
- 894
Hidrometeorologiya Departamenti: Qış payızdan daha isti olacaq
Gürcüstanda 2023-cü ilin payızı gözləniləndən daha isti keçir. Belə bir isti havanın yalnız payızda deyil, qışda da davam edəcəyi bildirilib.
News24.az xəbər verir ki, məsələyə aydınlıq gətirən Milli Ətraf Mühitin Mühafizəsi Agentliyinin Hidrometeorologiya Departamentinin müdiri Xatuna Kokosadze deyib ki, çox güman ki, noyabr ayı isti keçəcək, həmçinin qışda bu tendensiya hökm sürə bilər.
Proqnoza əsasən, noyabr ayında havanın orta temperaturu əvvəlki illərlə müqayisədə 2 dərəcə yüksək olacaq, baxmayaraq ki, bu, temperaturun bir neçə dəfə aşağı olacağını istisna edilmir.
Xatuna Kokosadzenin fikrincə, Şimal Buzlu Okeanında baş verən hadisələr uzunmüddətli hava proqnozuna böyük təsir göstərəcək: "Bu vəziyyətdə qış, payız kimi gözləniləndən daha isti olmalıdır, lakin vəziyyətin dəyişməsi mümkündür".
Aynurə