-
- 10-11-2023, 20:39
- 278
Marsda da uşaq dünyaya gətirmək mümkün olacaq - FOTO
Yapon alimləri və astronavtları ilk dəfə olaraq Beynəlxalq Kosmik Stansiyada mikroqravitasiya şəraitində siçan embrionlarını uğurla yetişdiriblər.
News24.az xəbər verir ki, bu uğurlu nəticələr gələcək insanın kosmosda çoxalmasına böyük təsir göstərə bilər.
Kosmosda embrionların sağ qalma səviyyəsi Yerdəkindən xeyli aşağı olsa da, sağ qalan nümunələrin normal inkişaf etməsi alimləri arxayın etdi.
“Bu hesabatlara və bizim nəticələrimizə əsasən, bir qədər pozula bilsə də, məməlilərin kosmosda çoxalması mümkündür”, - deyə tədqiqatçılar bildiriblər.
Vakayama eksperimentin nəticələri də yekunlaşdırıb. İlkin ehtimala görə, artıq Marsa gələcək səfər zamanı orada hamiləlik ehtimalı var və insanlar orada təhlükəsiz şəkildə uşaq sahibi ola bilərlər.
"Təbii ki, ilk olaraq bütün bunlara əmin olmağımız üçün bizə bir müddət lazımdır”, - deyə tədqiqatçılar qeyd ediblər.
Aynurə