-
- 11-11-2023, 16:41
- 182
Silahlı PUA İraqdakı ABŞ bazasına hücum etdi
Silahlı pilotsuz təyyarə ABŞ və beynəlxalq qüvvələrin yerləşdiyi İraq əl-Hərir aviabazasına zərbə endirib.
News24.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
İnfrastrukturun zədələndiyi qeyd edilir.
Noyabrın 9-da aviabaza da hücuma məruz qalıb. Bundan əvvəl Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq bildirib ki, oktyabrın 17-dən noyabrın 7-dək Yaxın Şərqdəki ABŞ qüvvələri 40 dəfə hücuma məruz qalıb. 22 hücum İraqda, 18-i Suriyada həyata keçirilib.
Ülkər Abdurahmanlı