Nəyə görə qaranlıqda yatmaq lazımdır?
    • 12-11-2023, 01:26
    • 558

Nəyə görə qaranlıqda yatmaq lazımdır?

Bir çox insanlar yuxuya gedə bilməməkdən, gec yatmaqdan, yuxunun yaxşı olmamasından şikayətlənir. İnsanın yuxuya getməsinə mane olan səbəblərdən biri də elektrik işığıdır.

News24.az xəbər verir ki, tibbi, elmi baxımdan da insanın tam qaranlıq otaqda yatması tövsiyə olunur. Yalnız qaranlıqda beyin melatonin hormonu sintez eidr və bu da insanda yuxululuq hissi yaradır, yatmağa təhrik edir.

Qədimdə insan gün batan kimi evinə çəkilib, qaranlığın düşməsi ilə yatmağa gedərdi. Sonradan işığın kəşfi yuxuya getməni insanın istəyindən asılı etdi. O nə vaxt işığı söndürsə, onda da qaranlıq düşür.

Bu yuxu ritmini pozur, melotonin hasil olmur. Əgər insan işıq yanan otaqda yatsa belə melotonin olmayacaq, buna görə yuxusu səthi, keyfiyyətsiz olacaq.

İndi otaqda çarpayının yanında mobil telefonun ekranının işığı belə beyinin yuxuya getməsini çətinləşdirir.

Ona görə də alimlər zülmət qaranlıqda yatmağı, evin bütün işıqlarını söndürməyi, telefonu yataq otağından uzaqlaşdırmağı tövsiyə edir.

Əgər melotoninlə bağlı problem varsa, o zaman nevroloqa müraciət edərək, melatonin tərkibli yuxu preparatı qəbul edə bilər. /medicina.az