Azərbaycanda generallar işdən ÇIXARILDI
    • 13-11-2023, 10:50
    • 557

Azərbaycanda generallar işdən ÇIXARILDI

Dövlət Gömrük Komitəsinin (DGK) Aparatında bir sıra struktur dəyişiklikləri aparılıb.

News24.az Qaynarinfo-ya istinadla xəbər verir ki, dəyişikliklər Komitə sədri, general-leytenant Şahin Bağırovun müvafiq əmri ilə baş tutub. 

Bəzi idarələrə yeni rəislər təyin edilib, bəzi idarə və şöbələrin yerində isə yeni qurumlar yaradılıb. 

Aparılan struktur dəyişiklikləri ilə əlaqədar xeyli sayda yüksək rütbəli vəzifəli şəxs təqaüdə göndərilib.

Qeyd edək ki, Gömrük komitəsində bəzi baş idarə və idarə rəisləri general rütbəsi daşıyır.