Azərbaycanda məşhur futbolçu VƏFAT ETDİ
    • 13-11-2023, 11:17
    • 267

Azərbaycanda məşhur futbolçu VƏFAT ETDİ

"Kəpəz" klubunun veteran futbolçusu İsmayıl Hüseynov dünyasını dəyişib.

News24.az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

"Sarı-göylər" sabiq oyunçunun vəfatından kədərləndiyini bildirib və onun yaxınlarına başsağlığı verib.

Qeyd edək ki, İsmayıl Hüseynov Yunis Hüseynovun qardaşıdır.