Bu ölkədə yolda 7 nəfərin cəsədi tapıldı
    • 13-11-2023, 11:41
    • 127

Bu ölkədə yolda 7 nəfərin cəsədi tapıldı

Meksikanın Zasetekas şəhərində işgəncə ilə öldürüldüyü güman edilən 7 nəfərin cəsədi tapılıb.

News24.az xəbər verir ki, bu barədə “Ntv haber” məlumat yayıb.

Məlumatda qeyd olunub ki, əyalətin Loreto qəsəbəsindəki yolda cəsədlər aşkarlanıb.

Xəbər üzərinə hadisə yerinə gələn polis qrupları yolda tapılan cəsədlərin 7 kişiyə aid olduğunu müəyyən edib.

Səlahiyyətlilər cəsədlərdə zərbə izlərinin olduğunu və bu şəxslərin işgəncə nəticəsində öldürüldüyünü təxmin etdiklərini bildiriblər.

Meyitlərin şəxsiyyətlərinin müəyyən edilməsi üçün Məhkəmə Tibb Mərkəzinə aparılıb.

Ülkər Abdurahmanlı