TIR-larla gəlin gətirməyə gedənləri polis saxladı – VİDEO
    • 13-11-2023, 16:20
    • 179

TIR-larla gəlin gətirməyə gedənləri polis saxladı – VİDEO

Lənkəranda TIR-larla toy karvanı təşkil edən sürücülər saxlanılıb.

News24.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Narbağı kəndində keçirilən toy məclislərindən birində bəyin atası və tanışlarının idarə etdikləri TIR-larla toy karvanı təşkil etmələrinin görüntüləri sosail şəbəkələrdə yayılıb.

Onların yük avtomobilləri ilə Lənkəran -Lerik yolunda digər nəqliyyat vasitələri üçün təhlükəli manevrlər etmələri, yolda hərəkəti çətinləşdirmələri bildirilib. Həmin nəqliyyat vasitələri yol polisi tərəfindən saxlanılaraq cərimə meydançasına aparılıb.

Məsələ ilə bağlı sorğumuza cavab olaraq DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən dərhal həmin toy karvanında olan sözügedən nəqliyyat vasitələri və sürücülər müəyyən edilib: “Həmin nəqliyyat vasitələrinin sürücüləri Lənkəran ŞRPŞ-yə dəvət edilib və hər biri barəsində qanunvericiliyə uyğun inzibati tənbeh tədbiri görülüb”.