Bu ərazilərə nəzarət İsrailə keçdi
    • 15-11-2023, 10:23
    • 200

Bu ərazilərə nəzarət İsrailə keçdi

İsrail hərbçiləri Qəzza şəhəri və Qəzza zolağının şimal hissəsinə nəzarəti ələ keçirib.

News24.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant deyib.

O bildirib ki, bunlara baxmayaraq quru əməliyyatı davam etdiriləcək:

"Siz Qəzza parlamentində oturan hərbçilərimizi gördünüz. Bu çox vacibdir. Eyni zamanda deyə bilərəm ki, Qəzza zolağının şimalında HƏMAS vəziyyətə nəzarəti itirib. Biz Qəzza zolağının şimal hissəsində, Qəzza şəhərində yerin üstündə və altında bütün əraziyə nəzarət edirik".

Xatırladaq ki, İsrail ordusu noyabrın 13-də Qəzzanın parlament binasını ələ keçirib. Bundan sonra ordunun "Qolani briqadası"nın əsgərlərinin parlament binasının içərisində olduqlarını göstərən fotosu yayılmışdı.