-
- 15-11-2023, 11:24
- 230
"Kreditlərin faizi çox yüksəkdir"
Kiçik və orta sahibkarlıqla məşğul olmaq üçün verilən kreditlərin faizi çox yüksəkdir.
News24.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında 2024-cü ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri müzakirəsi zamanı millət vəkili Siyavuş Novruzov deyib.
O bildirib ki, bu şəxslərə verilən kreditlərin faizi aşağı salınmalıdır
Azərbaycan müstəqillik əldə etdikdən sonra bank sistemi yarananda 300 özəl bank var idi. Bank sistemi getdikcə təkmilləşdi. Bəziləri nizannamə kapitalının artması ilə bağlı fəaliyyətini dayandırdı, digərləri isə düzgün fəaliyyət göstərməməsi səbəbindən ləğv edildi. Özəl banklar tədricən azaldı. Hazırda 40 yaxın özəl bank var. Özəl banklar olmalıdır ki, rəqabət yaransın. Hansısa bank 1 faizlə kredit verirsə, digəri daha aşağı faizlə kredit verməklə rəqabət yarada bilər. Bu nəzərə alınmalıdır. Ölkədə vətəndaşların kiçik və orta sahibkarlıqla məşğul olması üçün kredit faizləri yüksəkdir. Kiçik və orta sahibkarlıqla məşğul olmaq üçün sahibkarlara 14 faizlə kredit verilir. Doğrudur, əvvəl daha yüksək idi. Vətəndaş biznes təsərrüfatı üçün kredit götürürsə, sonra həmin məbləği qaytara bilmir. Sahibkar çox yüksək məbləğdə deyil, 40-50 min məbləğində kredit götürür. Sahibkar krediti aldıqdan sonra onu qaytarmaq üçün ancaq faizə işləməlidir. Düzdü, 3-7 faizlə güzəştli kreditlər də verilir. Ancaq bu, hər zaman əlçatan olmalıdır. Kiçik biznes və orta sahibkarlıq inkişaf etməlidir ki, rayonlarda da biznes inkişaf etsin.
Millət vəkili əlavə edib ki, Azərbaycan banklarının xarici banklarla olan əməkdaşlığı yox səviyyəsindədir.
Əvvəlki dönəmlərdə Azərbaycan bankaları xarici banklarla əməkdaşlıq edirdi. Belə olan halda həm bank qazanırdı, həm də faiz aşağı salınırdı.
Qumral