-
- 15-11-2023, 12:39
- 217
Bu ölkə Rusiya ilə sərhədləri bağlayır
Finlandiya hakimiyyəti qaçqınların nəzarətsiz axını səbəbindən Rusiya ilə sərhəddəki keçid məntəqələrini (CPP) bağlamağa hazırlaşır.
News24.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Mari Rantanen bildirib.
“Daxili İşlər Nazirliyi sərhəd-keçid məntəqələrinin bağlanması və ya işinin məhdudlaşdırılması istiqamətində təklif hazırlayır. Mövcud qanunvericilik buna imkan verir”, - Rantanen deyib.
Onun sözlərinə görə, bu, ictimai qaydalara, milli təhlükəsizliyə və ya əhalinin sağlamlığına ciddi təhlükə ilə mübarizə aparmağa imkan yaradacaq.
Bu cür təşviş Finlandiyanın cənub-şərq sərhədindən keçidlərin sayının ciddi şəkildə artması ilə əlaqədardır. Rusiyadan qonşu ölkəyə üz tutanlar əsasən Somali, Yəmən, Suriya və sair ölkələrdən olan qaçqınlardır.
Finlandiya hakimiyyəti hesab edir ki, bu, Rusiyanın planlı kampaniyası ola bilər. Çünki Rusiya sərhədçiləri sənədi olmayan şəxslərin buraxılış məntəqələri vasitəsilə Finlandiyaya daxil olmalarına icazə verirlər, hətta sığınacaq axtaranların sərhədə çatmasına kömək də edirlər.
Finlandiya hakimiyyəti artıq məsələ ilə əlaqədar əlavə məhdudlaşdırıcı tədbirlər tətbiq edib. Məsələn, Rusiya ilə sərhədi velosipedlə keçmək qadağan olunub. Bundan əvvəl Finlandiya Rusiya qeydiyyatında olan minik avtomobillərinin ölkəyə girişini qadağan etmişdi.
Finlandiyanın rusiyalı turistlər üçün sərhədi bağlayacağı da açıqlanıb.
Ayşən