-
- 15-11-2023, 20:05
- 248
Kamil Zeynallıya qarşı dələduzluq: “20 min manatı…”
Tanınmış idmançı Kamil Zeynallı ona və başqalarına qarşı dələduzluq etməkdə təqsirləndirilən Emil Ağayev barəsində danışıb.
RTV-ə açıqlama verən idmançı bildirib ki, sosial şəbəkə vasitəsilə tanış olduğu tikinti şirkəti onun 20 min manatını mənimsəyib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesi noyabrın 20-də davam etdiriləcək. Emil Ağayev Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilir. Onun ev tikintisi ilə məşğul olduğu bildirilir. Təqsirləndirilən şəxs ümumilikdə 300 min manatdan çox pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur.
Ətraflı RTV-də: