-
- 20-10-2023, 11:20
- 264
Pensiya düzəltmək adı ilə dələduzluq edənlər məhkəmə zalından HƏBS EDİLDİ
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elbar Haqverdiyev, Ruhəngiz Məmmədova, Niyaməddin Abasov, Pərviz Əliyev və Turac Mamedovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
News24.az-ın məlumatın görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin hökmü ilə Niyaməddin Abasov 5 il, Pərviz Əliyev 1 il 9 ay azadlıqdan məhrum edilərək məhkəmə zalından həbs olunublar.
Digər təqsirləndirilən şəxslər Elbar Haqverdiyev, Ruhəngiz Məmmədov və Turac Məmmədov barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək 2 il şərti azadlıqdan məhrum etmə qərarı verilib.
İş üzrə təqsirləndirilən Samirə Mirzəyevə isə istintaqdan yayındığı üçün onun barəsində olan cinayət işi ayrıca icraata verilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər müxtəlif şəxslərə yalan vədlər verərək onlara pensiya düzəldəcəkləri barədə sözlər vermiş və onların pullarını dələduzluq yolu 321 min manatdan çox pulu dələduzluq yolu ilə ələ keçirib.
Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2(dələduzluq, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.
Samir Əli