Azərbaycanlı aparıcı ölünün yandırılmasını canlı izlədi - VİDEO
    • 3-04-2019, 16:01
    • 1 179

Azərbaycanlı aparıcı ölünün yandırılmasını canlı izlədi - VİDEO

Aparıcı Hüsniyə Məhərrəmova səyahətini davam etdirir.

News24.az xəbər verir ki, aparıcı bu dəfə Nepala səfər edib. İndus məbədini ziyarət edən H.Məhərrəmov krimasiya prosesinin də canlı şahidi olub:
“Paşupatinath məbədi induizmin Məkkəsidir. Dünyanın hər yərindən bura hər gün hindu zəvvarları gəlir- əsasən ölməyə. Onlar üçün burda ölüb, kremasiya olunub, külünün Bagmati çayına axıtmaq həyatın ən gözəl sonluğu hesab olunur. Çayı ortadan bölən körpünün cənubunda varlılar, şimal tərəfində kasıblar yandırılır.

Hal-hazırda mənim arxamda yaşlı kişini kremasiya edirlər. Onun böyük oğlu 3 dəfə ətrafına fırlanaraq onu yandırır. Mərasimdə mərhumun bütün ailə üzvləri istirak edir. Bir bədənin yanıb tamamilə kül olmasına ortallama 3 saat vaxt lazımdır. Ətrafda çox xoşagəlməz iy var. Tüstü burun və boğazı yandırır. Ağızda pis tam əmələ gəlir. Turistlərin bəziləri burun və ağzını bağlayır, bəziləri buna baxa bilmir, digərləri isə bunun canlı şahidi olmasının sevincini yaşayır.

Dünya çox maraqlı və rəngarəngdir. Birinə vəhşilik kimi görünənən bir şey başqası üçün ən ali nöqtədir. Ən böyük xoşbəxtlik bu planetə “Homo sapiens” olaraq gəlib bütün bunları görməkdir. Səyahət edin. Dünyada bundan gözəl ikinci heçnə yoxdur”.