Ayağı amputasiya olunan Gülçöhrə Şəfiyevanın vəziyyəti necədir? - FOTO
    • 17-11-2023, 15:40
    • 274

Ayağı amputasiya olunan Gülçöhrə Şəfiyevanın vəziyyəti necədir? - FOTO

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl rejissor Gülçöhrə Şəfiyeva əməliyyat olun və ayağı amputasiya edilib.

News24.az axşam.az-a istinadən xəbər verir ki, aparıcı Hacı Nuran Hüseynov 74 yaşlı rejissora baş çəkib. O bildirib ki, G.Şəfiyevanın səhhəti yaxşı deyil:

"Bu gün onun diqqətə, qayğıya ehtiyacı var. Çünki səhhəti onu sınağa çəkir. Dünən qonağı oldum. Gileyləndi, dedi ki, onu unudublar".

Qeyd edək ki, G.Şəfiyeva Prezident təqaüdçüsüdür. O, 1994-cü ildən Heydər Əliyev adına Sarayın baş rejissoru kimi fəaliyyət göstərib.