Peskov: Paşinyanın MDB sammitində iştirakı hələ məlum deyil
    • 18-11-2023, 00:45
    • 139

Peskov: Paşinyanın MDB sammitində iştirakı hələ məlum deyil

Ermənistanın Baş naziri Paşinyanın Rusiyaya gəlib-gəlməyəcəyi hələlik məlum deyil.

News24.az APA-ya istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Paşinyanın Sankt-Peterburqda Avrasiya İqtisadi Birliyi və Müstəqil Dövlətlər Birliyinin iclaslarına gəlib-gəlməyəcəyi hələ məlum deyil”, o qeyd edib.

Onun sözlərinə görə, hamı dəvətlidir.

Peskov əlavə edib ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sammitinə qədər Putinlə Paşinyan arasında telefon danışığı planlaşdırılmır.

Qeyd edək ki, Paşinyan bundan əvvəl KTMT-nin Minskdə noyabrın 23-də keçiriləcək iclasında iştirak etməyəcəyini açıqlamışdı.