Rusiya İrəvanla danışıqlar aparmır, çünki Qarabağ...
    • 11-10-2023, 13:49
    • 599

Rusiya İrəvanla danışıqlar aparmır, çünki Qarabağ...

"Qarabağda Rusiya sülhməramlıları ilə bağlı Ermənistanla danışıqlar aparılmır, çünki bura Azərbaycan ərazisidir".

News24.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“De-fakto və de-yure bizim sülhməramlılarımız Azərbaycan ərazisindədir, bunu Ermənistanın baş naziri Paşinyan da tanıyır. Ona görə də Ermənistana sülhməramlılar məsələsi Rusiya prezidenti Vladimir Putinlə Paşinyan arasında müzakirə olunmayıb. Rusiya kontingentinin mövcudluğu ilə bağlı bütün məsələlər yalnız Azərbaycan tərəfi ilə müzakirə olunacaq".

Bununla belə, Peskov Ermənistanla əlaqələrin davam edəcəyinə söz verib.

Xatırladaq ki, Paşinyan Rusiya sülhməramlıları Qarabağı tərk etdiyi halda onların Ermənistana deyil, Rusiyaya yerləşdirilməli olacaqlarını deyib.

Qumral