Ermənistan "Dünyanın kəsişməsi"ni təqdim etdi: Azərbaycanla 5 sərhəd məntəqəsi.. - VİDEO
    • 18-11-2023, 15:35
    • 235

Ermənistan "Dünyanın kəsişməsi"ni təqdim etdi: Azərbaycanla 5 sərhəd məntəqəsi.. - VİDEO

Ermənistan son zamanlar israrla təbliğ etdiyi “Dünyanın kəsişməsi” adlı layihəsini videoçarxla təqdim edib.

News24.az “İravunk”a istinadla  xəbər verir ki, layihə Ermənistan, Türkiyə, Azərbaycan və İran arasında avtomobil, dəmir yollarının, boru kəmərlərinin, kabellərin və elektrik xətlərinin təmiri, tikintisi və istismarı vasitəsilə kommunikasiyaların inkişafının “Ermənistan üsulu”dur.

Paşinyanın son günlər təbliğ etdiyi sözügedən layihə Ermənistan-Azərbaycan sərhədində yol infrastrukturu üçün beş nəzarət-buraxılış məntəqəsi yaratmağı nəzərdə tutur.

Ermənistan layihədə öz ərazisindən keçən dəmir və avromobil yollarını bərpa etməyə hazır olduğunu bəyan edib.

Xatırladaq ki, layihə oktyabrın 26-da Gürcüstanın paytaxtı Tiflisdə Beynəlxaq İpək Yolu konfransında Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən irəli sürülüb.

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Leo Dokerti arasında Londonda görüş zamanı Mirzoyan Ermənistanın irəli sürdüyü “dünyanın kəsişməsi” layihəsini təqdim etmişdi.

Ayşən