Azərbaycanda ağır qəza - 10-a yaxın yaralı var
    • 18-11-2023, 19:14
    • 845

Azərbaycanda ağır qəza - 10-a yaxın yaralı var

Salyanda yol qəzası baş verib.

News24.az APA-ya istinadən bildirir ki, Ələt-Astara yolunun Salyan şəhərindən keçən hissəsində, yeni salınan yolda yük maşını ilə mikroavtobus toqquşub. Qəza nəticəsində 9 nəfər xəsarət alıb. Xəsarət alanlarlardan 3 nəfərin Salyandakı "ASAN xidmət"in əməkdaşları olduğu bildirilir.

Xəsarət alınlar Salyan rayon mərkəzi xəstəxanasına yerləşdirlib. Onların əksəriyyəti ambulator yardım aldıqdan sonra evə buraxılıb. Xəsarət alanlardan birinin - 15 yaşlı yeniyetmənin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.